Hollandiyada tutuquşu "şahid" qismində həbs edildi


Hollandiyanın Lahey şəhərində polis oğurluğa görə saxladığı bir şəxsdən əlavə "şahid" qismində tutuquşunu da həbs edib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, polis həmin şəxsi həbs edərkən tutuquşu da şübhəlinin çiynində olub. Bu zaman polis tutuquşunu da "şahid" qismində həbs edib və onu şüşədən hazırlanmış nəzarət kamersına salıb. Tutuquşuna yem və su verilib.
Lahey polis təşkilatı sosial şəbəkələrdəki səhifəsindən tutuquşunun şəklini paylaşıb və onun "şahid" qismində saxlanıldığını bildirib. Yumor xarakterli bu paylaşım bir çoxları tərəfindən maraqla qarşılanıb.

DİGƏR XƏBƏRLƏR

Top