Mingəçevirdə yol qəzası baş verdi - avtomobil yandı


Mingəçevirdə idarəetmədən çıxan avtomobil yoldan çıxıb və yanmağa başlayıb.

Yeniavaz.com xəbər verir ki, hadisə  şəhərin Heydər Əliyev prospektində baş verib. Belə ki, idaretmədən çıxan Mersedes markalı minik maşını yol kənarındakı bir neçə həmişəyaşıl ağacını  qırararaq yaşıllıq zolağına düşüb. Qəza həm də maşının yanmasına səbəb olub. Ağır xəsarət alan 1982-ci il təvəllüdlü sürücü Bayraməliyev Elçin Şair oğlu ətrafdakıların köməyilə yanan avtomobildən çıxarılıb və o təcili yardım maşını ilə xəstəxanaya aparılıb. Hadisə yerinə cəlb olunan FHN-nin yanğınsöndürmə briqadası avtomobildə başlayan yanğını söndürüb. Xəstəxanadan verilən məlumata görə yaralı şok vəziyyətindədir.
Əldə edilən məlumata görə yaralı sürücü hələ də şokdan çıxmayıb.
Faktla bağlı araşdırma aparılır.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top