Mənzildən 10 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb - FOTOLAR


Mingəçevir şəhərinin Az.Dres qəsəbəsi C.Əliyev küçəsində 5 mərtəbəli  binanın  birinci mərtəbəsində oğurluq hadisəsi olub.
Yeniavaz.com
xəbər verir ki, ev sahibləri axşam radələrində qızlarının evinə qonaq gedib və evə qayıdan zaman evin dağınıq olduğunu görüblər.
Ev sahibi Arif Adbulkərimov deyir ki, qapını açarla açmaq istəsələr də, içəridən bağlı olduğu müəyyənləşib: "Binanın arxasından gördük ki, pəncərələr açıqdır. Məlum oldu ki, oğrular arxa pəncərədən evə daxil olub və evdə olan 10 min manat dəyərində qızıl-zinət əşyalarını aparıblar”.
Hal-hazırda faktla bağlı polis şöbəsində araşdırma aparılır.



Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top