"Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin çapa təqdim olunacaq tarixi bilindi


“Nazirlər Kabinetinin təsdiq etdiyi “Azərbaycan dilinin orfoqrafiya normaları” əsasında hazırlanan "Azərbaycan dilinin orfoqrafiya lüğəti” gələn həftə çapa təqdim olunacaq”.

Yeniavaz.com xəbər verir ki, bunu APA-ya açıqlamasında AMEA-nın Nəsimi adına Dilçilik İntitutunun direktoru Möhsün Nağısoylu deyib. O qeyd edib ki, yeni qaydalar lüğət formasında işıq üzü görəcək:

“Lüğətdə az sayda sözə dəyişiklik olunub. Bundan başqa, lüğətdən 1000-ə yaxın söz çıxarılıb və 4000-ə yaxın yeni söz əlavə olunub. Lüğət 100 000-ə yaxın sayda çap olunacaq”. 

Yeni qaydaların məktəblərdə tədrisi, ictimaiyyətə necə çatdırılması ilə bağlı isə direktor məlumatı olmadığını bildirib. 

Qeyd edək ki, "Azərbaycan dilinin orfoqrafiya lüğəti" 5 ildən bir hazırlanır.

DİGƏR XƏBƏRLƏR

Top