Rusiyanın və dünyanın ən böyük hava yolu şirkətlərindən birinin - "Aeroflot" Hava Yolları şirkətinin baş direktorunun müavini Vladimir Aleksandrov həbs olunub.
Yeniavaz.com xəbər verir ki, Moskvanın Basmannı məhkəməsinin qərarı ilə Vladimir Aleksandrovla onun vəkilləri Dina Kibets və Aleksandr Slivko, həmçinin aviaşirkətin hüquq şöbəsinin keçmiş rəhbəri Tatyana Davydova həbs olunublar.
"Aeroflot" Hava Yolları şirkətinin baş direktorunun müavini külli miqdarda mənimsəmə maddəsi ilə ittiham olunur.
Bildirilir ki, Vladimir Aleksandrov hüquq şirkətlərindən birilə xidmət göstərmək üçün müqavilə imzalayıb və onların hesabına 250 milyon rubl (3,8 milyon dollar) köçürülüb, sonra bu vəsait oğurlanıb.
Məlum olub ki, aviaşirkətin müqavilə bağladığı şirkətin işçiləri Dina Kibets və Aleksandr Slivkoya hər saat üçün 350 avro zəhmət haqqı ödənilib və bunun qarşılığında onlar heç bir xidmət göstərməyiblər.
Ən maraqlı məqam isə Vladimir Aleksandrov həbs olunduqdan sonra üzə çıxıb. Məlum olub ki, əslində "Aeroflot" Hava Yolları şirkətinin baş direktorunun müavinin əsil adı Vladimir Aleksandrov deyil.
Rusiyanın və dünyanın ən böyük hava yolu şirkətlərindən birində yüksək vəzifə tutan bu şəxsin əsil adı Armen Abalyan olub. Əslən erməni Armen Abalyan 2004-cü ilə kimi Özbəkistan vətəndaşı olub. 2004-cü ildə qeyri-qanuni yollarla adını dəyişdirərək Rusiya vətəndaşı olub.