Göygölə giriş bağlandı - SƏBƏB


"Göygöl Milli Parkına giriş məhdudlaşdırılıb".

Bu barədə jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib:

"Buna səbəb Göygöl Milli Parkına gedən yolda “Azəravtoyol” ASC tərəfindən asfalt örtüyünün yenilənməsidir. Bununla əlaqədar 3-4 oktyabr tarixlərində milli parka giriş bağlı olacaq. Müvəqqəti narahatlığa görə ziyarətçilərdən üzr istəyirik".(modern.az)

DİGƏR XƏBƏRLƏR

Top