Azərbaycanda 4 il əvvəl törədilən cinayətin üstü açıldı


Polis əməkdaşları 4 il əvvəl Mingəçevir şəhəri ərazisində törədilmiş cinayət hadisəsinin üstünü açıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yeniavaz.com-a verilən məlumata görə, 2015-ci il mayın 31-də şəhər sakini V.İbrahimovun evinə talama məqsədilə girən 2 nəfər ona və arvadına zor tətbiq edib, səs-küy yarandığından hadisə yerini tərk ediblər.

Kriminalistik Tədqiqatlar İdarəsi və Mingəçevir şəhər Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən şəhər sakini Z.Məmmədyarov saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb.

DİGƏR XƏBƏRLƏR

Top