ABŞ-da II Dünya Müharibəsi zamanından qalan "B-17" tipli bombardımançı təyyarə Konnektikut ştatındakı "Bradley" Beynəlxalq Hava Limanından qalxdıqdan bir müddət sonra qəzaya uğrayıb.
Yeniavaz.com xəbər verir ki, nəticədə 7 nəfər ölüb 6 nəfər yaralanıb. Yaralıların vəziyyətinin ağır olduğu bildirilir.
Qeyd edək ki, "Bradley" Beynəlxalq Hava Limanında bu həftə II Dünya Müharibəsindən qalan təyyarələr sərgilənirdi. 12 min 700 ədəd istehsal olunan "B-17" tipli bombardımançı təyyarələr isə tarixdə ən çox istehsal olunan belə təyyarədir.
Qəzadan sonra təyyarənin yanması anı isə həvəskarlar tərəfindən lentə alınıb.