Putin: Qretaya izah etsinlər ki, Afrikadakı insanlar da isveçlilər kimi yaşamaq istəyir - VİDEO


Rusiya prezidenti Vladimir Putin iştirak etdiyi tədbirdə son vaxtlar iqlim dəyişiklikləri ilə bağlı gündəmə gələn Qreta Tanberq adlı qızdan danışıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin, təəssüflə Qretanı dəstəkləmədiyini söyləyib. O, bildirib ki, ekloji problemlərə diqqət yetirmək lazımdır ancaq, bəzi insanlar  ondan şəxsi mənafeləri üçün istifadə edir: "Mən əminəm ki, Qreta çox səmimi və xeyirxah qızdır. Ancaq, məsul şəxslər yetkinlik yaşına çatmayan uşaqları bəzi ekstremal vəziyyətlərə salmamaq üçün əllərindən gələni etməlidirlər. Heç kəs Qretaya müasir dünyanın mürəkkəb və fərqli olduğunu başa salmayıb. Qoy ona Afrika və ya bir çox Asiya ölkələrindəki yoxsul insanların da İsveçdəki kimi varlı yaşamaq istədiklərini izah etsin".
Qeyd edək ki, İsveç vətəndaşı olan 16 yaşlı Qreta adlı qız dünya liderlərinin iştirak etdiyi tədbirlərdə həyəcanla çıxış edərək iqlim dəyişikliyi barədə həyəcanlı çıxışı ilə gündəmə gəlib. Dünyanın bir çox ölkəsində təşkil edilən mitinqdə iqlimlə bağlı çıxışlar edib və bəhs edilən tədbirlərə minlərlər insan yığışıb.

DİGƏR XƏBƏRLƏR

Top