Qadının cəsarəti ürəkləri ağıza gətirdi - VİDEO


ABŞ-da qadın zoopark divarından aşaraq aslanla qarşı-qarşıya dayanıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Nyu-Yorkda bir qadının zooparkdakı qeyri-adi hərəkəti gündəm olub. O, aslanların olduğu yerə girərək yırtıcı ilə qarşı-qarşıya dayanaraq rəqs edib. Aslan isə sakit şəkildə qadını izləməyə başlayıb. Həyat yoldaşı isə həmin anları videoya çəkib. Qadın nə qədər sakit olduğunu bildirsə də, qorxduğu görüntülərdən aydın hiss olunur. Aslanın bir neçə metrliyində dayanan qadın nə irəli, nə də geri addım atmayıb.
Qeyd edək ki, bəhs edilən yırtıcı heyvanlar elə anlarda qarşısındakı kimsənin qorxu və ya bənzəri reaksiyalarını hiss etdikləri vaxtda hücum etməyə başlayırlar. Bu səbəbdən mütəxəssislər vəhşi heyvanlara yaxınlaşmağı olduqca təhlükəli hərəkət hesab edirlər.
Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top