"Bakıda icazəsiz aksiyaya cəhdlərin qarşısı alınacaq" - RƏSMİ


Sosial şəbəkələrdə bir qrup müxalifət fəalının paytaxtda icazəsiz aksiya çağırışlarına Bakı Şəhər Baş Polis İdarəsindən münasibət bildirilib.

Yeniavaz.com xəbər verir ki, Baş İdarənin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev APA-nın sorğusuna cavab olaraq bildirib ki, ölkəmizdə ictimai-siyasi proseslər qanunla tənzimlənir: “Qanunvericiliyə uyğun olaraq, paytaxtda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb sanksiyalaşdırılmayan qanunsuz aksiyanın, yaxud aksiyaya cəhdlərin qarşısı alınacaqdır”.

DİGƏR XƏBƏRLƏR

Top