"Nə olur olsun, oktyabrın son günü İngiltərə Avropa Birliyindən çıxacaq".
Yeniavaz.com xəbər verir ki, bu sözləri İngiltərənin baş naziri Boris Conson rəhbəri olduğu Mühafizəkar Partiyanın Mançester şəhərindəki iclasında deyib.
Baş nazir ötən gün "Brexit" (Britaniyanın Avropa İttifaqından çıxması) üçün axrıncı təklifini Avropa Birliyinə təqdim edib. O, rəsmi Brüsselin bu təklifi qəbul etməyəcəyi təqdirdə Avropa Birliyindən heç bir müqavilə olmadan çıxacaqlarını bildirib. Almaniya və Fransa rəsmiləri hələ ki, məsələyə münasibət bildirməyib. Mətbuatda onların müqavilə şərtlərinin detalları tanış olmaq istədiyi deyilir.
Qeyd edək ki, İngiltərənin Avropa Birliyindən çıxmasını nəzərdə tutan və təxminən 3 il əvvəl start götürən "Brexit", ölkədə bir dəfə baş nazirin dəyişməsinə səbəb olsa da, hələ həllini tapa bilməyib.