Azərbaycanda polis əməkdaşı bıçaqlandı - YENİLƏNİB

Daxili İşlər Nazirliyi Mingəçevirdə baş verən bıçaqlanma hadisəsi ilə bağlı məlumat yayıb.

 

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 2-də saat 19 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşı, polis mayoru R.Məmmədov 20 Yanvar küçəsində ictimai qaydanı pozan 2 nəfərə yaxınlaşıb və onları intizama dəvət edib.

Onlardan biri tabeçilik göstərməyib, R.Məmmədova bıçaqla yüngül xəsarət yetirib hadisə yerini tərk edib.

R.Məmmədova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Mingəçevir ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində polis əməkdaşına xəsarət yetirməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş X.Sadıqov və onunla birgə olan həmyerlisi N.İsmayılov saxlanılıblar.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə cinayət işi başlanıb.

***01:43
Mingəçevirdə polis əməkdaşı bıçaqlanıb.

Mingəçevir şəhər sakini polis mayoru Rəşad Məmmədov  Məzahir oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

Kəsilmiş və deşilmiş xəsarətlər alan yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (Oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top