Kreml təsdiqlədi: Putin Köçəryanın arvadı ilə görüşüb


Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya prezidenti Vladimir Putinin İrəvanda, eks-prezident Robert Köçəryanın arvadı ilə görüşməsi barədə yayılan xəbərləri təsdiqləyib.

Bu barədə erməni mediası xəbər yayıb. Qeyd edək ki, “Moskovskiy komsomolets” görüşün Rusiya səfirliyində baş tutduğunu yazıb. Jurnalistlərin “doğrudanmı Putin Bella Köçəryanla görüşüb?”-sualına cavabında Peskov “bəli” cavabını verib.

Qeyd edək ki, səfər ərəfəsində Rusiya prezidentinin həbsxanaya gedərək R.Köçəryanla görüşəcəyi haqda xəbər yayılmışdı. Köçəryan 2008-ci ilin 1 mart cinayətlərinə görə ittiham olunur. Məlumata görə, uzun müddət davam edən görüş zamanı eks-prezidentin arvadı Putindən R.Köçəryanın həbsdən azad edilməsinə yardım göstərməyi xahiş edib.//musavat.com

DİGƏR XƏBƏRLƏR

Top