Novosibirsk həkimləri 17 yaşlı Qoşqarın nadir xəstəliyinə çarə tapdılar - VİDEO


Novosibirsk həkimləri nadir xəstəliyi olan bir xəstənin əməliyyatını uğurla həyata keçiriblər. O xəstəliyi ilə əlaqəli ayaqlarını, qollarını, başını normal hərəkət etdirə bilmirdi. Cərrahların xəstənin beyninə implantasiya etdiyi nörostimulyantlar onun xəstəlikdən qurtulmasına kömək edib.

Rusiyalı telejurnalist Tatyana Monoenko əməliyyatdan sonra gəncin həyatının kökündən necə dəyişdiyini öyrənib.

Belə ki, Qoşqar 17 yaşı var. O, başını, əllərini və ayaqlarını idarə edə bilmirmiş. Bu günsə o, artıq möhkəm addımlarla gəzə, hətta mətbəxə gedib, özünə çay süzə bilir.

Bildirilir ki, Qoşqar Azərbaycanda anadan olub, dünyaya gələndə sağlam bir uşaq kimi görünüb. Məktəbə gedib, hətta dərslərini yaxşı oxuyub. Beyinlə əlaqəli problemlərsə artıq ikinci sinifdən baş qaldırıb. Həkimlər isə onun xəstəliyinə heç cür çarə tapa bilməyiblər. Onlar ailəvi Rusiyanın Novosibirsk şəhərinə köçürlər. Burada oğlana serebral iflic diaqnozu qoyulur. O, sağalmaq istəyir, lakin bir müddət heç nə ona kömək etmir. Həblər, fizioterapiya, gimnastika - effekt vermir. Yalnız əməliyyat olunmalıdır. “Meşalkin” klinikasının həkimləri əməliyyatı öhdəsinə götürür. Oğlanda titrəmə və əsmə hərəkətlərinin aradan qaldırılması üçün beynin dərin quruluşlarını stimullaşdırmaqdır. Beyindəki iki elektrod batareyaya qoşulur. Bağırsağın altından tikilir.

“Bir və ya iki gün ərzində sağalmaq üçün vaxt qoyulur və sonra artıq proqramı hazırlamaq üçün parametrlər təyin edilir, elektrik impulsu vermək üçün işə salınır”, - deyə “Meşalkin” klinikasının neyrocərrahiyyə şöbəsinin nevropatoloqu Anna Brusyanskaya deyib.

Əgər batareya tükənərsə, xəstəlik özünü hiss etdirər. Batareyanı gün ərzində 15 dəqiqə şarj etmək lazımdır. Qoşqarın yaşamasına kömək edən sadə çətinliklər bunlardan ibarətdir. Gəzmək, sakitcə ayaqları, əlləri qaldırıb hərəkət etdirmək vacibdir. Yeganə bərpa olunmayan nitq qüsuru olub. Ancaq qohumları onu sözsüz başa düşürlər.

Qeyd edilir ki, Qoşqar keçən ilin yaz aylarında evlənib.//virtualaz.org

DİGƏR XƏBƏRLƏR

Top