Hacıqabulda sərnişin avtobusu piyadanı vuraraq öldürüb - FOTO


Hacıqabul rayonu ərazisində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Bakı-Qazax magistral avtomobil yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "İkarus" markalı sərnişin avtobusu yolu keçmək istəyən piyadanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Hadisə yerinə təcili tibbi yardım və DYP əməkdaşları cəlb olunub. Hazırda qəzada ölən piyadanın kimliyinin müəyyən edilməsi ilə bağlı araşdırma aparılır. //Report

DİGƏR XƏBƏRLƏR

Top