Kürdəmirdə yol qəzası baş verib, xəsarət alan var

Kürdəmir rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Yeniavaz.com "report"a istinadla xəbər verir ki, hadisə rayonun Mollakənd kəndində qeydə alınıb.
Belə ki, traktorla VAZ markalı minik maşınının toqquşması nəticəsində rayonun Axtaçı kənd sakini, 1938-ci il təvəllüdlü Hümmətova Güləndər Əkbər qızı müxtəlif növ bədən xəsarətləri alıb.
Yaralı dərhal Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

DİGƏR XƏBƏRLƏR

Top