Bakıda Avropa filmləri festivalı başlayıb

Bakıda 10-cu Avropa filmləri festivalı açılıb.
Yeniavaz.com “report”a istinadla xəbər verir ki, festival çərçivəsində ilk olaraq Macarıstanın “Səulun oğlu” və Finlandiyanın “Son sövdələşmə” filmləri nümayiş olunub.
Rejissor Lazlo Nemesin ilk tammetrajlı filmi olan “Səulun oğlu”nda hadisələr 1944-cü ildə nasistlərin Auşvitz düşərgəsində baş verir. Premyerası 2015-ci ilin Kann Beynəlxalq Film Festivalında keçirilən film Qran-Priyə, 2016-cı ilin fevral ayında isə “Əcnəbi dildə ən yaxşı film” nominasiyasında “Oskar” mükafatına layiq görülüb.
Xatırladaq ki, oktyabrın 16-dək davam edəcək festival çərçivəsində Avropa İttifaqının 14 üzv ölkəsinin filmləri, habelə azərbaycanlı rejissorun bir filmi təqdim olunacaq.
Bütün filmlərə giriş sərbəstdir.

DİGƏR XƏBƏRLƏR

Top