“New York Times”ın əməkdaşları: “Tramp miqrantlara atəş edilməsini tövsiyyə etdi”


ABŞ-da yeni yayımlanan bir kitabda Prezident Donald Trampın ölkəyə qanunsuz girməyə çalışan miqrantların qarşısını almaq üçün onlara atəş edilməsini tövsiyyə etdiyi idda edilib.
Yeniavaz.com xarici mətbuata istinadən xəbər verir ki, “New York Times” qəzetinin iki əməkdaşının hazırladığı sözü gedən kitabda, Trampın ABŞ-ın cənubunda yerləşən Meksika sərhəddindən qanunsuz miqrant keçidinin qarşısını almaq üçün müxtəlif təkliflər irəli sürdüyü də qeyd edilib.
Bunlar arasında elektrik cərəyanlı naqillər, divarların üzərində iti və kəsici əlatlər yerləşdirmək, ilan və timsah dolu xəndəklərin hazırlanması kimi planlar var.
Qeyd edək ki, Meksika sərhəddində divarın tikilməsi Tramp siyasətinin ən vacib məsələləri sırasında yer alır. Divarların inşası üçün Pentaqonun hərbi fondunda 3,6 milyard dolllar vəsait ayrılıb.
Xatırladaq ki, Ağ Ev kitabda olan iddialarla bağlı açıqlama etməyib.

DİGƏR XƏBƏRLƏR

Top