11 gündür itkin düşən tələbə ilə bağlı SEVİNDİRİCİ XƏBƏR

11 gündür itkin düşən Azərbaycan Dillər Universitetinin II kurs tələbəsi Əsədulla Cəfərov tapılıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Oxu.Az-a tələbənin atası Əfqan Cəfərov məlumat verib.

Onun sözlərinə polislər oğlunun yerini müəyyənləşdirib:

“Hər şey yaxşıdır. Oğlum sağ-salamatdır. Polislər artıq yerini müəyyənləşdirib. Sabah polislər həmin yerə gedib oğlumu götürəcək”.

Qeyd edək ki, Əsədulla Cəfərovun evi tərk etməsinə bu il təhsil haqqını ödəyə bilməməsi və kəsirinin olması səbəb olub.

DİGƏR XƏBƏRLƏR

Top