Mingəçevirdə rus bölməsi üzrə təhsil almaq istəyənlərin sayı artıb


Ötən dərs ili ilə müqayisədə yeni tədris ilində övladlarının rus dilində təhsil almasını arzu edən valideyinlərin sayı  xeyli artıb.
Yeniavaz.com xəbər verir ki, Mingəçevir şəhərinin 4 ümumtəhsil məktəbində rus dili bölmələri fəaliyyət göstərir. Rəsmi məlumata əsasən onların hər biri üzrə məktəbəqədər hazırlıq qruplarına  öncədən nəzərdə tutulan proqnozlar gözləntilərin üstünə qalxıb. Müraciətlərin  üstünlük təşkil etdiyi  təhsil müəssisələri arasında rus dilli təhsil üzrə ixtisaslaşmış Mingəçevir  3 saylı beynəlmiləl tam orta məktəb  xüsusi ilə diqqəti cəlb edir. Belə ki, bu il məktəbin hazırlıq qruplarının 4 sinif üzrə  Azərbaycan böməsinə 80 müraciət qəbul olunduğu halda  cəmi iki qrup rus bölməsi üzrə 68 nəfər müraciət edib.
Məktəbin direktoru Gültəkin Quliyeva  əslində  bu rəqəmin də son hədd olmadığını bildirir. Onun sözlərinə görə limiti aşmaq kimi səlahiyyətləri yoxdur və bu səbəbdən də yalnız iki hazırlıq qrupu formalaşdırılıb. Hətta onlarda belə uşaq sayı normadan bir qədər artıqdır.
Müşahidələr söyləməyə əsas verir ki,  valideyinlər əksər hallarda rus bölmələrini seçərkən övladlarının daha müasir ruhda yetişəcəyinə ümid edir.Yuxarı siniflərdə təhsil alan şagirdlər də bunu danmır. Məktəbin şagirdləri isə deyir ki, biz rus bölməsini seçməklə bu illər ərzində 3 dili daha yaxşı qavraya bilirik. Onlar Azərbaycan, rus və ingilis dilləridir.
Esmira Hidayətova, Mingəçevir
Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top