Beyləqanda “KamAZ” piyadanı vurub

Beyləqanda ölümlə nəticələnən qəza baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Yeniavaz.com-a verilən məlumata görə, oktyabrın 1-də saat 22 radələrində Beyləqan rayonunun Qaralar kəndi ərazisində rayon sakini S.Şükürov idarə etdiyi “KamAZ” markalı avtomobillə yolu keçən Qaralar kənd sakini Namiq Hüseynovu vurub.
Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top