Siqaret çəkənlərə nəzarət edən şəxslər olacaq - Türkiyədə


Türkiyədə qadağan edilən yerlərdə siqaret çəkənlərlə bağlı yeni layihə təqdim edilib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Türkiyə Səhiyyə Nazirliyi qadağan edilmiş yerlərdə siqaret çəkməklə bağlı yeni işlərin görüləcəyini bildirib. Yeni layihədə siqaret çəkmə yerlərinin daha uzaqlarda yerləşdiriləcəyi söylənib. Türkiyənin Səhiyyə naziri həmçinin bildirib ki, siqaret qadağalarında xalqın da iştirakını təmin etmək səbəbilə "fəxri siqaret nəzarətçiliyi" təşkil ediləcək: "Onların cərimə yazıb-yazmayacaqları ilə bağlı isə hələlik düşünürük. Yeri gəlmişkən qeyd edim ki, elektron siqaretlərin ölkəyə gətirilməsi də qadağan ediləcək. Onun istifadə edilməsinin də qadağan olması ilə bağlı addımlarımız da olacaq".

DİGƏR XƏBƏRLƏR

Top