Murad Arif Avroviziya çıxışlarından gileyləndi: "Rəzalətdir"


İTV kanalınında Dadaş Dadaşlinskinin təqdimatında yayımlanan “3D” verlişinin bu dəfəki qonağı aparıcı-müğənni Murad Arif olub.
Yeniavaz.com xəbər verir ki, aparıcı sənətçiyə Avroviziya mahnı müsabiqəsi haqqında maraqlı suallar ünvanlayıb. İlk sual Azərbaycanın Avroviyadakı nəticələri haqqında olub.
M.Arif  öz bəstəkarlarımızla təmsil olunmamağımızı rəzalət adlandırıb: “13-14 dəfə iştirak etməyimizə rəğmən cəmi iki dəfə Azərbaycan bəstəkarları ilə təmsil olunmağımız, yumşaq desək rəzalətdir. Ölkəmizdə Azərbaycan mədəniyyətinə və musiqisinə diqqət ayrılmağına rəğmən, ölkənin özünün təşviqatını, təqdimatını, mətbəxini, insani keyfiyyətlərini, kalortini göstərməsinə baxmayaraq bunu biz Avroviziyada etmirik. Bu, çox qəribədir”.
Sənətçi eyni zamanda, belə böyük müsabiqələrdə mahnıları öz bəstəkarlarımızın yazmalı olduğunu qeyd edib: “Azərbaycan musiqisinin zəngliyini nəzərə alaraq, ölkənin V.Gərayzadə, A.Səmədzadə, E.Mansurov, C.Quliyev, N.Mirməmmədli, V.Camalzdə, G.Həsənzadə kimi bəstəkarları olmaqla başqa musiqilərlə çıxış edirik. Sən formatı diktə elə, istədiyin ritmi de, mövzunu ver mahnını biz yazaq. Bu mövzu şəxsən məni narahat edir”.

DİGƏR XƏBƏRLƏR

Top