Prezident nazirin mükafatlarını geri aldı, vəzifədən azad etdi


Prezident Qurbanqulu Berdimuhammedov Türkmənistan Nazirlər Kabinetinin iclasında Daxili İşlər naziri İskəndər Mulikovu vəzifəsindən azad edib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, Mulikovun vəzifəsindən sui-istifadə etdiyini bildirən Q.Berdimuhammedov onu vəzifəsindən azad edərək polis mayoru təyin edib. Onun sözlərinə görə, bununla bağlı 12 dəfə xəbərdarlıq edilsə də, o buna məhəl qoymayıb.  Prezident eyni zamanda nazirin bu günə qədər qazandığı bütün mükafatları geri alıb.
Dövlət başçısı Nazirlər Kabineti sədr müavini vəzifəsini icra edən Məmmədxan Çakıyevi isə İ.Mulikovun yerinə Daxili İşlər naziri təyin edib.

DİGƏR XƏBƏRLƏR

Top