Mingəçevirdə zəncirvari yol qəzası baş verib


Mingəçevirdə zəncirvari yol qəzası baş verib.

Yeniavaz.com xəbər verir ki, hadisə şəhərin Təbriz küçəsində qeydə alınıb.

Belə ki, “VAZ 2112” və iki “ VAZ 2104” markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində biri yüngül olmaqla iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarəti yüngül olan şəxsə yerindəcə tibbi yardım göstərilib, durumu ciddi olan 1989-cu il təvəllüdlü, Bakı şəhər sakini Məmmədov Elmir Nəbi oğlu isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top