Paşinyan liderlərlə avtobusdan selfi paylaşdı - FOTO


Avrasiya İqtisadi Birliyi ölkələri Ali Şurasının iclasına qatılan ölkə liderləri avtobusda selfi çəkdiriblər.

Yeniavaz.com xarici KİV istinadən xəbər verir ki, Ermənistan baş naziri Nikol Paşinyan selfini "Tvitter" hesabından paylaşaraq bunları yazıb: "Avtobus selfisi, bu qısa vaxtda vacib məsələri həll etdik".

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin, Qazaxıstan prezidenti Qasım Comart Tokayev, Belarusiya prezidenti Aleksandr Lukaşenko, Qırğızıstan dövlət başçısı Soronbay Cenbekov və Ermənistan baş naziri Nikol Paşinyanın təmsil olunduğu Avrasiya İqtisadi Birliyi Ali Şurasının iclası ötən gün İrəvanda keçirilib.

Moldova prezidenti İqor Dodon iclasda müşahidəçi qismində, İran dövlət başçısı Həsən Ruhani və Sinqapur Baş naziri Li Hsien Lun isə qonaq qismində qatılıb.

DİGƏR XƏBƏRLƏR

Top