Prezidentdən Elmar Məmmədyarovun atası ilə bağlı SƏRƏNCAM


Azərbaycan Prezidenti İlham Əliyev ötən gün Milli Elmlər Akademiyasının Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşlarının əməkdaşlarının “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

Yeniavaz.com xəbər verir ki, sərəncama əsasən, Azərbaycanda neft-kimya elminin inkişafındakı uzunmüddətli səmərəli fəaliyyətlərinə görə təltif edilənlər arasında Məmmədyarov Məhərrəm Əli oğlu da var.

Qeyd edək ki, Məhərrəm Məmmədyarov Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun atasıdır.
95 yaşlı Məhərrəm Məmmədyarov kimya elmləri doktoru, AMEA-nın həqiqi üzvüdür.

Akademik Məmmədyarov 1969-cu ildən Y. H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda sintetik yağların sintez və texnologiyaları laboratoriyasının rəhbəri işləyir.

DİGƏR XƏBƏRLƏR

Top