Məşhur azərbaycanlı iş adamı: "Moskvaya ilk dəfə cibimdə 300 dollar pulla gəldim" - VİDEO


Azərbaycanlı iş adamı Rusiyada aviaşirkət almaq istəyir.

“TBS Group” şirkətinin azərbaycanlı sahibi Rəşad Məmmədovun bir sıra türk investorlarının himayəsində olduğu deyilir. Sahibkar himayədarlarından aldığı pullarla “1001 tur” agentliklər şəbəkəsi, “RUSPO” onlayn rezervasiya sistemi kimi layihələr həyata keçirir.

Bu barədə azərbaycanlı iş adamı ilk dəfə qonağı olduğu “Polezno poznokomitsya” verilişində danışıb.

“Moskvaya ilk dəfə cibimdə 300 dollar pulla gəldim, dostlarımın evində qalırdım. Lakin sonra şans üzümə güldü. Türkiyədə təhsilimi yenicə bitirdiyim vaxtları idi, yalnız ofisiantlıq tərcübəm var idi. Ancaq buna baxmayaraq, “Skyway” tur operatorunun eks-sahibi Viktor Topokarayev və baş direktoru Aleksandr Qorbatyuk məni işə götürdülər.

Taleyimin dönüş nöqtəsi isə “Online Voyage” şirkətində işə başlamağım oldu. Amma Türkiyədəki tanışlarımla da ünsiyyətim davam edirdi, - deyə R. Məmmədov bildirib.

O qeyd edib ki, əsas hədəfi “TBS Group”u gələcəkdə böyüdərək otel, aviaşirkət və tur operator layihələrinin də daxil olduğu böyük kampaniya halına gətirməkdir: “Hazırkı şərtlər daxilində bu, yaxın 5-7 il ərzində reallaşa bilər. Yayılan söz-söhbətlərə gəlincə isə, danışanlar hər zaman olur və olacaq da. Buna misal kimi “Peqas” şirkətinin sahibi haqqında deyilənləri yada salmaq lazımdır”.

(virtualaz.org)
Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top