İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin qardaşı Hüseyn Feredun 5 il müddətinə azadlıqdan məhrum edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.
Yayılan xəbərlərdə bildirilir ki, Hüseyn Feredun rüşvət almaqda günahlandırılaraq azadlıqdan məhrum olunub. Məhkəmə eyni zamanda İran Prezidentinin qardaşını böyük məbləğdə cərimələyib.
Məlumat üçün bildirək ki, Hüseyn Feredun 2017-ci ildə həbs edilib.