SOCAR-da nə baş verir? - Şirkətlə bağlı daha bir anlaşılmazlıq


Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) rəsmi veb səhifəsi - "socar.az" fəaliyyət göstərmir.
Yeniavaz.com xəbər verir ki, bir müddətdir internet istifadəçiləri "socar.az" saytına daxil ola bilmirlər.
Məlumat üçün bildirək ki, bir neçə gün əvvəl bir qrup Qarabağ əlililə SOCAR Təhlükəsizlik İdarəsinin əməkdaşları arasında qarşıdurma baş verib. Daha sonra qarşıdurma davam edib. Hər iki tərəfdən xəsarət alanlar var.
SOCAR-dan verilən açıqlamada iddia olunur ki, baş verənlər özünü Qarabağ əlili kimi təqdim edən şəxslərin SOCAR işçilərinə qarşı təxribatıdır.
SOCAR-ın rəsmi veb səhifəsinin fəaliyyət göstərməməsinin baş verənlərlə hər hansı bir əlaqəsinin olub-olmadığı barədə məlumat verilmir.
Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top