Qonşu ölkələrin hansında milli valyuta dollar qarşısında daha çox dəyərdən düşüb? - SİYAHI


Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov mətbuata verdiyi açıqlamada bildirib ki, son 25 ildə manat ABŞ dolları qarşısında cəmi iki dəfə kəskin ucuzlaşıb: "Halbuki qonşu ölkələrdə milli valyutanın kəskin dəyərdən düşməsi 10 dəfəyə qədər baş verib". 
Maraqlıdır ki, Azərbaycanda qeydə alınan birinci kəskin devalvasiya (21 fevral 2015) təxminən 5 il əvvəl baş verdiyi halda Mərkəzi Bankın sədri nədənsə son 25 ilin müqayisəsini aparıb.
Yeniavaz.com xəbər verir ki, Azərbaycanda qeydə alınan birinci kəskin devalvasiyadan əvvəl və bu günə olan məzənnələrə baxdığımız zaman belə görünür qonşu ölkələr arasında ABŞ dolları qarşısında ən çox dəyərdən düşən Türkiyə lirəsi olub.
1 oktyabr 2014-cü il və 1 oktyabr 2019-cu il tarixi ilə müqayisədə ABŞ dollarının məzənnəsi Türkiyə milli valyutası - lirə qarşısında 2,5 dəfə bahalanıb.
Lirədən sonra ABŞ dolları qarşısında ən çox ucuzlaşan valyuta manat olub. Son 5 ildə dolların  məzənnəsi  Azərbaycan milli valyutası - manat qarşısında 2,2 dəfə bahalanıb.
Son 5 ildə ABŞ dolları qarşısında ən az dəyərdən düşən Ermənistan dramı olub - cəmi 17%.
Bunlardan başqa son 5 il ərzində Rusiya rublu ABŞ dolları qarşısında 64%, İran rialı dollar qarşısında 57%, Gürcüstan larisi dollar qarşısında 68% dəyərdən düşüb.
Dollar qarşısında ən çox dəyərdən düşən valyutalar
Milli
Valyutalar
1 Oktyabr 2014 1 Oktyabr 2019 Fərq
Manat  (AZƏRBAYCAN) 0,7844 $/AZN 1,70 $/AZN 2,2 dəfə
Rubl (Rusiya) 39,38  $/RUB 64,64 $/RUB 64 %
Dram (Ermənistan) 407,6 $/AMD 476,1 $/AMD 17 %
Lirə (Türkiyə) 2,28 $/TRY 5,64 $/TRY 2,5 dəfə
Rial (İran) 26,67 $/İRR 42 $/İRR 57 %
Lari (Gürcüstan) 1,75  $/GEL 2,97 $/GEL 68 %
 
 

DİGƏR XƏBƏRLƏR

Top