Səkkiz ayda nə qədər ipoteka verilib? - MƏBLƏĞ


2019-cu ilin yanvar-avqust aylarında İpoteka və Kredit Zəmanət Fondunun agent bankları tərəfindən 113,4 milyon manat məbləğində ipoteka krediti verilib.
Bu rəqəm 2018-ci ilin müvafiq dövrünün göstəricisindən 27 faiz azdır.
Avqust ayında fondun agent bankları tərəfindən cəmi beş milyon manat məbləğində ipoteka krediti verilib.
2019-ci ilin yanvar-avqust aylarında Fond 171 milyon manat krediti təkrar maliyyələşdirib.
Avqust ayında fond sosial ipotekanın maliyyələşdirilməsi üçün dövlət büdcəsindən vəsait almayıb. (Oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top