Samuxda partlayış: xəsarət alanlar var


Samuxda qaz balonu partlayıb.

Yeniavaz.com oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Salahlı kəndində, 1961-ci il təvəllüdlü Abbasov Şahbaz İlyas oğluna məxsus yaşayış evində qeydə alınıb. 

Kənd sakini Ş.Abbasov qaz balonunu düzəldən zaman partlayış baş verib. 

Nəticədə, Ş.Abbasov və qardaşının həyat yoldaşı, 1961-ci il təvəllüdlü Abbasova Gülyaz Musa qızı müxtəlif dərəcəli yanıq xəsarəti ilə  xəstəxanaya yerləşdirilib. Ş.Abbasovun vəziyyəti ağırdır, qadın isə şokdadır.

Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top