Gürcüstanın müxalif "Qalib Gürcüstan" siyasi hərəkatının liderlərindən olan Quram Çalaqaşvilinin məhkəmə iclası təxirə salınıb və o, sərbəst buraxılıb.
Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, məhkəmə bu qərarını Daxili İşlər Nazirliyi tərəfindən dəlillərin tam təqdim edilməməsi ilə əlaqələndirib.
Proses oktyabrın 8-də Tbilisi Şəhər Məhkəməsində davam edəcək.