Məhkəmə icazəsiz inşa olunan kilsənin sökülməsi ilə bağlı qərar verdi


Avropa İnsan Hüquqları Məhkəməsi Bosniya və Hersoqavinada yaşayan Fata Orloviç adlı qadının yaşadığı evin həyətində olan kilsənin sökülməsi ilə bağlı qərar çıxarıb.

Yeniavaz.com xarici KİV istinadən xəbər verir ki, 77 yaşlı Boşnak nənə ölkədəki müharibə zamanı (1992-1995) evini tərk etmək məcburiyyətində qalıb. Müharibə bitdikdən sonra evinə qayıdan F. Orloviç həyətində kilsənin inşa olunduğu görüb.

Kilsənin sökülməsi ilə bağlı məhkəməyə müraciət edən nənənin şikayəti müsbət nəticələnib.

İnsan Hüquqları Məhkəməsi icazəsiz inşa olunan kilsənin sökülməsi ilə bağlı qərar çıxarıb.

Qarar üç ay müdətində icra olunmalıdır.

Qeyd edək ki, 2010-cu ildə yerli məhkəmə kilsənin sökülməsinə qərar versə də, Ali məhkəmə bu qərarın icrasını dayandırmışdı. 

DİGƏR XƏBƏRLƏR

Top