Almaniyada hər kəsi şoka salan hadisə yaşanıb.
Yeniavaz.com xarici KİV istinadən xəbər verir ki, 8 il öncə evində dünyasını dəyişən Heinz. H adlı şəxsin cəsədi yanğın nəticəsində binanı boşaldan yanğınsöndürənlər tərəfindən tapılıb.
Yaşlı şəxsin kirayə və işıq pulu bankdan avtomatik ödəmə sisteminə qoşulduğuna görə, ölməsi heç kim tərəfindən hiss edilməyib.
Evə daxil olan yanğınsöndürənlər qadının cəsədinin yanında itinin skletini tapıblar.
İtin də aclıqdan öldüyü bildirilib.
Qonşular onun uzun müddətdir evindən çölə çıxmadığını, qapısının ağzından boğucu iy gəldiyini kirayə şirkətinə bildirsələr də şirkətdən iyin normal olduğu bildirilib.