Həddən artıq sevgi heyvanlara zərər verir


Hollandiya Heyvan İşləri Şurası insan heyvan münasibətlərindəki yanlışlar barədə araşdırma yayımlayıb.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, Hollandiya Heyvan İşləri Şurası heyvanların "insanlaşdırılmaması" xəbərdarlığını edib. Heyvanlara ən çox zərər verən ünsürlərdən biri həddən artıq insan sevgisidir. Hədsiz sevgi həm heyvan, həm də insanlarda xəyal qırıqlığının ortaya çıxmasına səbəb olur. Bu həmçinin heyvanların özlərinə məxsus xüsusiyyətlərin yox olmasına, davranış pozğunluğuna və sair səbəb olur. İnsanlarin əsasən qış aylarında üşüməsinlər deyə sahibi olduqları heyvanları geyindirməsi onların təbii həyatlarına zərərlidir. Sənəddə bildirilib ki, insanlar bəzən heyvanların bizdən fərqli məxluqlar olduğunu unudur. Heyvanlar öz təbii həyatlarındakı kimi yaşamadıqda problemlər ortaya çıxır. Misal üçün itə geyindirilən paltar batmasın deyə toz torpaqda oynamasına icazə verilməməsi onda problemlərə səbəb olur. Heyvan İşləri Şurası bu səbəbdən bildirir ki, itlərin yeri evlər, yataq otaqları deyil. Onları təbii həyatları ilə baş-başa buraxmaq lazımdır.

DİGƏR XƏBƏRLƏR

Top