Sabah 25 dərəcə isti olacaq - ÖNCƏGÖRMƏ

Oktyabrın 2-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Yeniavaz.com-a bildirilib ki, havanın temperaturu Abşeron yarımadasında gecə 15-19, gündüz 22-26, Bakıda gecə 15-17, gündüz 23-25 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu, nisbi rütubət gecə 70-75, gündüz 55-60  faiz olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 14-18, gündüz 24-29, dağlarda gecə 5-10, gündüz 13-18 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoz:
Oktyabrın 2-də Abşeron yarımadasında xəzri küləyinin üstünlüyü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top