Payız istirahəti üçün MDB-nin ən yaxşı şəhərləri? - TAM SİYAHI


Rusiyanın məşhur "TurStat" analitik agentliyi payız fəslində istirahət etmək üçün MDB ölkələri üzrə ən yaxşı şəhərlərin reytinqini hazırlayıb.
Yeniavaz.com agentliyin rəsmi internet səhifəsinə istinadən bildirir ki, Bakı ən yaxşı MDB şəhərlərinin ilk 5-liyində yer alıb: Minsk (Belarus), Nur-Sultan (Qazaxıstan), İrəvan (Ermənistan), Alma-Ata (Qazaxıstan), Bakı (Azərbaycan).
Adıçəkilən yerlər arasında səyahət xərcləri baxımından müqayisə aparılıb. Belə ki, MDB şəhərlərində istirahət xərci gündəlik 40-100 dollar arası dəyişir. Agentlik ən ucuz istirahət yeri kimi Qırğızıstan və Özbəkistanı göstərib. Alış-veriş üçün ən əlverişli şəhərlər kimi Nur-Sulatan və Bakı göstərilib.
Bundan başqa payız fəslində MDB ölkələrində qeyd olunacaq və turistlər üçün maraqlı olacaq tədbirlərin adları da qeyd olunub.
Bildirilir ki, 20 sentyabr - 8 oktyabr tarixlərində Minskdə Beynəlxalq Teatr Sənəti adlı forum, 5 oktyabrda Ermənistanın Areni kəndində və 5-6 oktyabrda Kişinyevdə (Moldova) şərab festivalları, həmçinin Azərbaycanın Göyçay rayonunda "Nar bayramı" qeyd olunacaq.
Reytinqdə yer alan ölkələrin siyahısı belə olub:
1. Minsk (Belarus)
2. Nur-Sultan (Qazaxıstan)
3. İrəvan (Ermənistan)
4. Almatı (Qazaxıstan)
5. Bakı (Azərbaycan)
6. Daşkənd (Özbəkistan)
7. Kişinyev (Moldova)
8. Bişkek (Qırğızıstan)
9. Düşənbə (Tacikistan)
10. Aşqabad (Türkmənistan)
 
Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top