Stadnik Qarabağ əlillərinə görə İlham Əliyevə müraciət etdi - FOTO


Olimpiya Oyunlarının üçqat mükafatçısı, dünya və yeddiqat Avropa çempionu Mariya Stadnik döyülən Qarabağ qazisinə görə Prezident İlham Əliyevə müraciət edib.
Yeniavaz.com
xəbər verir ki, o “Facebook” hesabında Qarabağ qazisinin fotosunu paylaşaraq onları döyənlərin cəzalandırılmasını istəyib.
“Fotoda gördüyünüz şəxs Qarabağ döyüşlərində bir ayağını itirib. Bu şəxs və digər Qarabağ qaziləri bu gün döyülüb. Cənab İlham Əliyev Qarabağ döyüşçülərinə qarşı utancverici şəkildə bunu edənlərin cəzalandırılmasını istəyirəm” – deyə M.Stadnik müraciət edib.
Qeyd edək ki, ötən gün Qarabağ əlilləri ilə SOCAR əməkdaşları arasında dava baş verib.

DİGƏR XƏBƏRLƏR

Top