
Video sosial şəbəkələrdə yayılandan sonra atəş açanlar, o cümlədən rayon başçısının oğlu könüllü polisə gedərək silahı təhvil veriblər. Onların barəsində araşdırma aparılır.
Ata Aleksandr Koklin insidenti şərh edərək deyib ki, oğlunun hərəkətinə çox mənfi yanaşır. Lakin insident yaşayış məntəqəsindən kənarda olub, heç kimdən şikayət daxil olmayıb. “Əgər o kimisə narahat edibsə üzr istəyirəm. Bu avtomat odlu silah deyil, onu Krasnodarın bir çox mağazalarından almaq olar, boş patronlarla atır. Sadəcə olaraq belə alınıb, mən ata kimi onu tənbeh eləmişəm”,-o bildirib. (Virtualaz.org)