Milli Şura və AXCP Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında aksiya keçirəcək

Milli Şura və Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) oktyabrın 8-də Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) önündə aksiya keçirməyi planlaşdırır. Aksiyaçılar sərbəst toplaşmaq hüququnun bərpasını tələb edəcəklər.

Məlumatı AXCP yayıb.

Partiyanın sədri Əli Kərimli aksiyada AXCP və Milli Şura fəlallarının iştirak edəcəyini bildirib.

“Biz Bakı Şəhər İcra Hakimiyyətinə məktub təqdim edib, sərbəst toplaşmaq haqqımızı tələb edəcəyik. Sərbəst toplaşmaq azadlığının təmin edilməsi bütün problemlərin açarıdır. Bu, bizə etirazımızı bildirmək hüququmuzu təmin etmək üçün lazımdır,” - o qeyd edib.

Milli Şura sentyabrın 28-də mitinq keçirmək istəyirdi. Bunun üçün onlar BŞİH-ə məktub göndəriblər. Lakin qanedici cavab ala bilməyiblər.

Milli Şura BŞİH-ə mitinq keçirmək üçün paytaxtın mərkəzi hissələrində 3 yer təklif edib. BŞİH bunlardan heç biri ilə razılaşmayıb. Aksiyanın Lökbatan qəsəbəsində keçirilməsini təklif edib.

Milli Şura isə bu təklifi qəbul etməyib. (Meydan Tv)

DİGƏR XƏBƏRLƏR

Top