"WhatsApp" bu tarixdən bəzi telefonlarda işləməyəcək


1 fevral 2020-ci il tarixindən "WhatsApp" köhnə əməliyyat sistemləri (OC) olan smartfonlarda işləməyəcək.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, sözügedən qərar şəbəkənin rəsmi saytında dərc olunub. 
Məhdudiyyətlər əsasən Android əməliyyat sistemləri üçün çalışan 2.3.x qadcetləri və "iOS 8"lərə şamil ediləcək. Bundan əlavə, 31 dekabr 2019-cu ildən etibarən "WhatsApp" tətbiqi "ОС Windows Phone"lərdə də işləməyəcək.
Qeyd edək ki, “WhatsApp” dünyanın ən populyar mesajlaşma tətbiqlərindən biridir. 2018-ci ilin fevral ayındakı məlumatlara görə, bir yarım milyarddan çox insan messencerdən istifadə edir.

DİGƏR XƏBƏRLƏR

Top