Baş Prokuror Rafael Cəbrayılovla bağlı DANIŞDI


"Mərkəzi Seçki Komissiyasının deputat Rafael Cəbrayılovun fəaliyyətinə xitam verdikdən sonra onunla bağlı məsələ müzakirə olunacaq. Onun aldığı borcla bağlı vətəndaşlar məhkəmələrə müraciətlər ediblər". 

Bunu Baş Prokuror Zakir Qaralov deyib. 

Z. Qaralov qeyd edib ki, hazırda iddia ərizəsinə mülki qaydada baxılır: "Məhkəmədə onun dələduzluq və ya digər cinayət törətməsi müəyyən edilsə, barəsində xüsusi qərardad çıxarıb, prokurorluğa göndəriləcək. Daha sonra Baş Prokurorluqda araşdırma aparılacaq". (APA)

DİGƏR XƏBƏRLƏR

Top