Tanınmış aparıcı millət vəkilinin evində baş verən cinayətdən danışdı


Tanınmış aparıcı Fatih Portağal AKP-li millət vəkilinin evində intihar edən 23 yaşlı qız barədə daha çox məlumatların ortaya çıxmasının vacib olduğunu dedi.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, millət vəkili, təqaüddə olan general Şirin Ünalın evində 1 ildir xidmət edən qızın intiharının səbəbi hələ də ortaya çıxmayıb. Mövzu ilə bağlı danışan Fatih Portağal millət vəkilinə səslənib: "Bu ölümün üstü gərək örtülməsin, cinayətin araşdırılması üçün ən başda sizin istəkli olmağınız vacibdir".
Qeyd edək ki, bir neçə gün əvvəl AKP-li millət vəkilinin evindəki işləyən Özbəkistan vətəndaşı Nadirə Qədirova Şirin Ünala aid silahla intihar etmişdi. Şübhəli ölümün sadə bir intihar olduğu bildirilmişdi.

DİGƏR XƏBƏRLƏR

Top