Leonardo da Vinçi türk olub? - FOTO


Tarixdə ən tanınmış rəssam və elm adamlarından Leonardo da Vinçinin Xəzər türkü ola biləcəyi iddia edilib.
Yeniavaz.com "Guardian"a istinadən xəbər verir ki, bu iddiaya məşhur incəsənət tarixçisi Simon Hevit yeni çıxan "Leonardo da Vinci and the Book of Doom" (Leonardo da Vinçi və Qiyamət Kitabı) adlı kitabında yer verib.
Kitabda 1945-ci ildə çəkilmiş və hazırda Almaniyada olan bir karikatur diqqət mərkəzinə alınıb. S. Hevit həmin karikaturda Leonardo da Vinçinin də məsxərəyə qoyulduğunu iddia edib və burdakı təsvirinə əsaslanaraq onun Xəzər türkü olabiləcəyini iddia edib.
Tarixçi buna səbəb kimi isə onun qırmızı saçlı təsvir olunmasını göstərib: "XV əsrdə Milan şəhərində qırmızı saçlı olmaq çox nadir hal idi. Ona görə də qəribə hal kimi qəbul edilirdi".
"Guardian"da verilən məqalədə bildirilir ki, buna əsasən S. Hevit L. da Vinçinin Asiadan Qaradəniz sahillərinə və Avropaya səpələnmiş qırmızısaçlı və türk əsilli xəzərlərdən olabiləcəyini ehtimal edir. Kitabda xəzərlərin qırmızı saçlı olmasının mənbəsi kimi isə ərəb tarixçi Səid əl-Mağribinin yazıları göstərilir.
Qeyd edək ki, S. Hevitin "Leonardo da Vinçi və Qiyamət Kitabı" adlı kitabı sentyabrın 30-da təqdim olunub.

DİGƏR XƏBƏRLƏR

Top