Türkiyədə hava polisi dövrü başlayır


Türkiyə Daxili İşlər Nazirliyindən verilən açıqlamada bütün təyyarələrə polis yerləşdiriləcəyi bildirilib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, təyyarədə fəaliyyət göstərən polislər sərnişinlərin təhlükəsizliyinə qarşı hər hansı qanunsuz müdaxilələrə nəzarət edəcəklər. Silahlı və xüsusi təlimatlandırılmış polislər uçuşların daha təhlükəsiz olmasında təsirli olacaqlar. Təyyarədə polis işləmək üçün bu sahədə ən az 5 il işləməyin vacib olduğu bildirilib. Türkiyə Daxili İşlər Nazirliyi bildirib ki, bəhs edilən polislər gizli olacaq və sadə sərnişinlər tərəfindən kimi səyahət edəcək.

DİGƏR XƏBƏRLƏR

Top