Qaşıqçının oğlu: "Səudiyyə məhkəməsinə güvənirəm"


Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda öldürülən Camal Qaşıqçının oğlu Salah Qaşıqçı atasının öldürülməsi ilə bağlı cinayət işində Səudiyyə Ərəbistanı məhkəməsinə güvəndiyini bildirib.
Yeniavaz.com xarici KİV istinadən xəbər verir ki, Salah "Twitter" hesabından paylaşım edərək bunları yazıb:
"Əziz atamı itirməyimizdən bir il keçir. Daha əvvəl də dediyim kimi Səudiyyə Ərəbistan məhkəməsi bu dəhşətli cinayəti törədənləri cəzalandıracağına inamım sonsuzdur. Mən də atam kimi vətənə və onu idarə edənlərə sadiq qalacağam".
Xatırladaq ki, 2 oktyabr 2018-ci il Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda öldürülən Camal Qaşıqçı ölkə siyasətini kəskin tənqid edən jurnalistlərdən biri olub.

DİGƏR XƏBƏRLƏR

Top