Çilidə dünyanın ən böyük optik teleskopu tikilir

.
Mühəndislər və inşaatçılar 2800 tonluq günbəz "E-ELT" optik teleskopunu tikməyə başlayıblar. Gələn onilliyin ortalarında istifadəyə veriləcəyi nəzərdə tutulan "E-ELT" dünyanın ən böyük optik teleskopu olacaq. Bu haqda Avropa Cənub Rəsədxanasının (ESO) mətbuat xidməti məlumat verib.
 
Yeniavaz.com "ICTnews"a istinadən xəbər verir ki, ESO-nun qiymətləndirməsinə görə, optik teleskopun ümumi dəyəri 1 milyard avronu ötəcək. Bu məbləğin böyük hissəsi avadanlığın hazırlanması və rəsədxana binasının tikintisinə xərclənəcək. Teleskopun ən bahalı və mürəkkəb komponenti diametri təxminən 39 metr təşkil edəcək böyük güzgüdür. Bu güzgü 1,4 metr ölçüsündə 798 altıbucaqlı seqmentdən yığılacaq.
 
Bu nəhəng güzgü E-ELT-yə Günəş sistemindən kənarda olan planetlərin, digər qalaktikadakı ulduzların ilk detallı şəkillərini əldə etməyə, Yer kürəsinin oxşarını axtarıb tapmağa kömək edəcək.

DİGƏR XƏBƏRLƏR

Top